İDMAN
Aftandil Hacıyev “Keşlə”nin baş məşqçisi ola bilər
Bakı, 27 aprel, AZƏRTAC
“Keşlə” futbol klubunda növbəti mövsümdən baş məşqçi dəyişikliyi baş verə bilər. Hazırkı baş məşqçi Sənan Qurbanovun gələcək taleyi “Zirə” ilə kubokun yarımfinal mərhələsinin cavab görüşünün nəticəsindən asılıdır.
AZƏRTAC xəbər verir ki, ilk oyunda 1:2 hesabı ilə uduzan “Keşlə” turnirlə vidalaşarsa, baş məşqçisinin müqavilə müddəti uzadılmayacaq. Artıq onu əvəzləyəcək əsas namizədin kimliyi də məlumdur. Bu, “Səbail”in baş məşqçisi Aftandil Hacıyevdir. Bayıl kubunda üçüncü mövsümünü keçirən “Pro” kateqoriyalı mütəxəssisin müqaviləsi gələn ay başa çatır. Üstəlik, “dənizçilər” ona yeni müqavilə də təklif etməyib.
Beləliklə, “Keşlə”nin mükafat qazanmaq üçün sonuncu ümid yeri olan kubok turnirindən kənarda qalması Aftandil Hacıyevin “Keşlə”yə keçmək ehtimalını xeyli artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]