CƏMİYYƏT
Əfv Sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, Sərəncam 17 saylı cəzaçəkmə müəssisəsində 13 qadına şamil edilib. Onlardan 11-nə arayışlar təqdim olunub və onlar azadlığa buraxılıblar. Həmçinin 2 nəfərin cəzası azaldılıb. Müəssisədə azadlığa buraxılan şəxslərdən 3-ü əcnəbidir.
Əfv olunan şəxslərə arayışları hüquq müdafiəçisi Səadət Bənənyarlı, Penitensiar Xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov və Ədliyyə Nazirliyinin İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova təqdim ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.