İQTİSADİYYAT


“AgTech and Green Energy” Beynəlxalq Forumunda 15-ə yaxın ölkədən 35 xarici mütəxəssis iştirak edəcək

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq forum keçiriləcək. Dünyanın 15-ə yaxın ölkəsindən 35 xarici mütəxəssisi bir araya toplayacaq forum Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək Beynəlxalq forumun dekabrın 10-11-də ADA Universitetində keçirilməsi planlaşdırılır.

“AgTech and Green Energy” forumunun əsas məqsədləri ölkəmizdə kənd təsərrüfatı və enerji sektorlarında innovativ inkişafa nail olmaq, bu istiqamətdə innovasiya şirkətləri, startaplar və digər maraqlı tərəflər arasında işgüzar əlaqələr və dayanıqlı biznes modellər qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, startap şirkətləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələri çıxış edəcəklər.

Beynəlxalq forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və İnnovasiya Ekosistemi Seminarı” panelləri üzrə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.