DÜNYA
Ağ Evin qabağında özünü yandırmış kişi həbs edilib
Vaşinqton, 13 aprel, AZƏRTAC
Elektriklə işləyən əlil arabasında Ağ Evin yanına gəlmiş kişi Ağ Evin hasarının yaxınlığında öz gödəkcəsini yandırıb.
AZƏRTAC xəbər verir ki, ABŞ prezidentlərinin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin nümayəndələri dərhal odu söndürüb, həmin şəxsə ilk yardım göstərib və onu yerli xəstəxanaya göndəriblər.
Amerika KİV-lərində yayılan son məlumata görə, həmin kişi həbs edilib.
Məxfi xidmət bildirib ki, həmin şəxsin aldığı yanıq zədələri həyat üçün təhlükəli deyil. Onun özünü yandırmasının səbəbləri hələ məlum deyil.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]