MƏDƏNİYYƏT


Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 12-də Uşaqların Xoşbəxt Gələcəyi Fondu və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssam Diləfruz Bağırovanın tələbələri və onun rəssam dostlarının rəsm əsərləri nümayiş etdiriləcək və satışa çıxarılacaq. Əldə olunan vəsait ürək qüsurundan əziyyət çəkən 2 yaşlı Hikmət Mirzəzadənin 3-cü əməliyyatına sərf ediləcək.

İştirak etmək istəyənlər öz rəsmlərini Ağ Şəhər Qalereyasının ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.