İQTİSADİYYAT


“Ağ Şəhər” layihəsinin Bakının Baş Planı kontekstində inkişafı müzakirə edilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı”na əsasən həyata keçirilən “Bakı Ağ Şəhər” layihəsinin yol şəbəkəsinin və infrastruktur Bakı şəhərinin Baş Planı kontekstində inkişafı müzakirə olunub.

“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müşaviri Aydın Kərimov, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud, komitə tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibi “AS+P” şəhərsalma şirkətinin layihə rəhbəri Frank Höf, layihə rəhbərinin müavini Stefani Vladika, “Ernst and Young “audit şirkətinin, eləcə də “Bakı Ağ Şəhər” layihəsinin nümayəndələri iştirak ediblər.

“AS+P” şəhərsalma şirkətinin nümayəndəsi, layihə rəhbəri F.Höf Bakının inkişaf prosesində prioritet istiqamətlərdən olan mühəndis kommunikasiyaları infrastrukturunun formalaşdırılması, dayanıqlı ekologiyanın yaradılması və mədəni irsin qorunmasını qeyd edib. “Bakı Ağ Şəhər” layihəsinin Baş Planı, paytaxtın yol şəbəkəsi və mühüm infrastruktur məsələləri, tikinti sıxlığı və mərtəbəliliyi, məktəblər və digər sosial obyektlərin salınması kimi məsələlər müzakirə olunub.

İclas zamanı ekoloji şəhərsalma layihəsi olan “Bakı Ağ Şəhər”in ekoloji davamlılığı, memarlıq rəngarəngliyi və ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası qeyd edilib. Bildirilib ki, “Ağ Şəhər” layihəsinin inkişafı Bakının Baş Planında uğurlu şəhərsalma nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.