İQTİSADİYYAT
“Ağ Şəhər”in yol infrastrukturunda yeni alternativ yollar istismara verilir
Bakı, 26 avqust, AZƏRTAC
“Ağ Şəhər layihəsi Yol İnfrastrukturunun strateji inkişaf planı” çərçivəsində salınan alternativ yollar “Ağ Şəhər”in paytaxtın mərkəzi hissəsi ilə əlaqəsini rahatlaşdırır.
“Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsindəki hərəkətin əsaslı dəyişdirilməsini yekunlaşdırır. Yusif Səfərov küçəsindəki ayırıcı zolaqda artıq 2 keçid yaradılıb. Bununla da bu küçədə Nizami Gəncəvi və “28 May” küçələri olmaqla 2 yeni kəsişmə yaradılacaq. Yol hərəkətinin tənzimlənməsi məqsədilə ərazidə işıqforlar quraşdırılacaq.
Beləliklə, Nizami küçəsi Sabit Orucov küçəsi ilə, Mehdi Mehdizadə küçəsi isə “28 May” küçəsi ilə birləşəcək. Bununla da sürücülər “Ağ Şəhər” istiqamətində və “Ağ Şəhər”dən mərkəz istiqamətində 2 yeni alternativ yol alacaqlar. Bu da ərazidəki nəqliyyat şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Layihə çərçivəsində, həmçinin “Ağ Şəhəri” birbaşa şəhər mərkəzi ilə birləşdirən Üzeyir Hacıbəyli küçəsinə iki alternativ yol yaradılacaq. Bu da “Ağ Şəhər”də yaşayan və işləyən minlərlə vətəndaşı yeni nəqliyyat dəhlizi ilə təmin edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]