DÜNYA


Ağ ev COVID-19 testlərinin evlərə pulsuz çatdırılmasını təmin edən saytı istifadəyə verib

Vaşinqton, 19 yanvar, AZƏRTAC

ABŞ vətəndaşları Ağ ev tərəfindən dövriyyəyə buraxılan sayt vasitəsilə COVID-19-un evdə müəyyən edilməsi üçün pulsuz testlər sifariş verə bilər.

AZƏRTAC xəbər verir ki, bundan sonra amerikalılar “COVIDTests.gov” saytına daxil olaraq ailə üçün evdə tətbiq edilən 4 ədəd test sifariş etmək imkanına malik olacaqlar. Bu testlər ABŞ-ın poçt xidməti vasitəsilə mənzilbaşına çatdırılacaq. Ağ ev təmsilçisi Cen Psaki bildirib ki, sayt beta-testləşdirilmə mərhələsindədir və rəsmi şəkildə dövriyyəyə buraxılanadək “məhdud imkanlar çərçivəsində” fəaliyyət göstərəcək.

Saytın ilkin fəaliyyəti Bayden administrasiyasının ehtiyatlar və testdən keçmək üçün uzun növbə problemlərinin həlli istiqamətində səylərinin bir hissəsidir. Bununla yanaşı, ABŞ-da “omikron” ştamının yayılma sürəti yeni antirekord səviyyəyə doğru irəliləyir.

Ölkə sakinləri arasında növbəti dəfə pulsuz bölüşdürülmək məqsədilə 500 milyon ev şəraitində müəyyən edilən testin federal hökumət tərəfindən alınması barədə Prezident Baydenin dekabr ayındakı bəyanatından sonra Ağ ev başçısı ötən həftə elan edib ki, sifarişi 1 milyard testədək artırıb. Adətən testlər sifariş verilən andan 7-12 gün ərzində Amerika poçtu vasitəsilə göndərilir. ABŞ-ın kontinental hissəsi hüdudlarından kənarda çatdırılma 1-3 gün təşkil edə bilər.

Bayden administrasiyası, həmçinin özəl sığorta şirkətləri üzərinə yanvarın 15-dən başlayaraq hər ay evlərə göndərilən ekspres-testlərin 8 ədədinin dəyərini təmin etmək öhdəliyi qoyub ki, bu da amerikalılara pərakəndə satıcılardan aldıqları testlərin xərcinin əvəzini ödəməyə şərait yaradacaq.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.