DÜNYA


Ağ ev Donald Trampla Vladimir Putinin görüşəcəyi vaxtı açıqlayıb

Bakı, 27 iyun, AZƏRTAC

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində iyunun 28-də görüşəcəklər.

AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Ağ ev nümayəndəsinin məlumatına əsasən, görüş Yaponiya vaxtı ilə saat 14:00-da Osaka şəhərində baş tutacaq.

Çərşənbə günü Yaponiyaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlarının yaxşı keçəcəyinə ümidvar olduğunu demişdi.

G20 sammiti çərçivəsində keçiriləcək görüş zamanı ABŞ və Rusiya prezidentlərinin İran, Ukrayna, Suriya, Yaxın Şərq də daxil olmaqla regional təhlükəsizlik, silahlanmaya nəzarət və ikitərəfli münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə edəcəkləri bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.