CƏMİYYƏT


“Ağ ölüm”ə qarşı mübarizə gücləndirilir

Bakı, 16 avqust, AZƏRTAC

Narkomaniya narkotik vasitələrinin qəbulu nəticəsində yaranmış xroniki xəstəlikdir. Dünya Səhiyyə Təşkilatının məlumatına əsəsən narkotiklərə eyforiya, asılılıq yaradan, psixi və fiziki sağlamlığa zərər yetirən maddələr aid edilir.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Respublika Narkoloji Mərkəzin direktor müavini Aytən Səmədova məlumat verərkən deyib: ”Narkotik vasitələr beynəlxalq və ya ölkədaxili qanunlarla ixracı, idxalı, istehsalı və istifadəsi qadağan olunmuş bitki mənşəli və sintez olunmuş maddələrdir. Narkotik maddələrinin siyahısı çox böyükdür və hər il yeni sintez olunmuş narkotik vasitələrinin adları ilə daha da genişlənir. Dünyada ən çox yayılmış narkomaniya növlərinə çətənə bitkisi, təbii tiryək və koka bitkisindən hazırlanmış narkotik vasitələr, eləcə də psixomimetiklərə və stimulyatorlara olan asılılıq aid edilir.”

Narkomaniyadan müalicə olunan xəstələr haqqında danışan direktor müavini daha sonra deyib: “Bu ilin 7 ayı ərzində Respublika Narkoloji Mərkəzində 1967 nəfər, o cümlədən onlardan 730 nəfəri alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, 1224 nəfəri opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, 13 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul olunub.

2006-cı ildə Nazirlər Kabinetinin təsdiq etdiyi “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları”na uyğun olaraq inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almaq üçün də tədbirlər görülür. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 213 xəstə, o cümlədən 166 nəfəri Narkoloji Mərkəzdə, 47 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzində müalicə alır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.