ELM VƏ TƏHSİL
Ağabağı kəndində məktəb binası tikilir
Zərdab, 1 sentyabr (AZƏRTAC). Fövqəladə hallar nazirliyi Zərdab rayonunun Ağabağı kəndində 40 şagird yerlik ibtidai məktəb üçün yeni bina inşa etdirir. Qeyd edək ki, ötən il yağan güclü leysan yağışları və sel suları kənd məktəbinin binasını yararsız vəziyyətə salmışdır.
Smeta dəyəri 57 min 726 manat olan yeni təhsil ocağı “Feles servis” MMC-nin inşaatçıları tərəfindən tikilir. Artıq burada son tamamlama işləri aparılır. Məktəb binası öz qapılarını yeni dərs ilində şagirdlərin üzünə açacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]