Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri

Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri

Bakı, 4 dekabr, AZƏRTAC

Dünya yaranandan təbii fəlakətlər – sunamilər, qasırğalar, zəlzələlər, sellər, daşqınlar dağıntılar baş alıb getsə də, insanların yaşamaq eşqi sönməmiş, əksinə, həyat davam etdikcə bəşər övladı təbiətin qanunlarını öyrənmək yolunda daim axtarışda olmuşdur. Birgə yaşayış, insani münasibətlərin yaranması, qayğının, xeyirxahlığın, sevginin, sədaqətin mənəvi ehtiyaca çevrilməsi yüksək əxlaqi dəyərlərin yaranmasına zəmin olub. Minillər boyunca insanların arasında bu kimi ali keyfiyyətləri cilalayaraq yaşadanlar da az olmayıb. Belə olmasaydı həyat özünün vüsətli inkişafı ilə davam etməzdi ki! Məcazi məna kəsb etsə də aqillərdən gələn bir sözü unutmamışam: dünya yaxşı insanların çiyni üstündə qərar tutur...

Bu gün belə şəxsiyyətlərdən birinin həyatı ilə yaxından tanışlığım məndə belə bir əminlik yaratdı ki, dünyanın yaxşılıq, xeyirxahlıq, sədaqət, sevgi adlı sütununa çiyin verən mərdlərdən biri də professor Ağabəy Azərbaycanidir...

AZƏRTAC xəbər verir ki, bu fikirlər yazıçı-publisist Şəfəq Nasirin “Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Ağabəy Azərbaycani 1939-cu ildə Tehranda, özünün ziyalı, yenilikçi baxışları, kamilliyi ilə hüsn-rəğbət qazanan bir ailədə doğulub. Atası professor Məhəmməd Tahir Ağabəy Azərbaycani tibb sahəsində təhsil alıb. O, uzun müddət Tehranda Malerioloji İnstitutun direktoru vəzifəsində işləyib. Bildiyimə görə, İranda malyariya xəstəliyinin kökünü məhz doktor Tahir bəy kəsib. Anası Siddiqə Heyət isə I Tehran Universitetini ilk bitirən xanımlardan olmuşdur. Siddiqə Heyət (Cavad Heyətin böyük bacısıdır) İranda Təhsil Nazirliyinin Baş müşaviri olmuş, eyni zamanda, Qızlar Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır. O, universitetdə fəlsəfədən və dini elmlərdən dərs demişdir.

15 yaşından müstəqil həyatına başlayıb, Amerikaya üz tutub. Orada Tibb Universitetində travmatologiya üzrə cərrah kimi təhsil alıb. Sonradan anestizioloq, reanimotoloq ixtisaslarına da yiyələnib. Yeri gəlmişkən, professor Ağabəyin ata və ana tərəfindən 33 həkim olub.

1990-cı ildə Almaniyada həyat yoldaşı Krishta Azərbaycani ilə qurduğu Almaniya-Azərbaycan Dostluq və Tibbi Yardım Cəmiyyətinin rəhbəri və 1998-ci ildə isə Amerikanın Kaliforniya Ştatında yaratdığı “M.İ.R” Beynəlxalq Humanitar Tibb Təşkilatının qurucusu və rəhbəri Ağabəy Azərbaycanini ölkəmizdə çoxları tanıyır. Xaricdə yaşayan soydaşlarımızın çoxunun öhdəsinə ala bilmədiyi ağır yükü illərdir şərəflə, mərd-mərdanə daşıyan doktorun 81 illik ömrünün səhifələri xeyirxah əməlləri, nur təki saçılan fəaliyyətilə o qədər zəngindir ki! Professorun həyatda maraq göstərdiyi və bildiyi sahə tibb, İslamın fəlsəfəsi və tarixdir. O, kiçik yaşlarından başqa dillərə də maraq göstərib. Fars, ərəb, ingilis, alman, fransız, türk, azəri türkcəsini mükəmməl bilir. Bir az da ispan dilini öyrənib.

Ağabəy Azərbaycani 1965-ci ildə Amerikada alman qızı ilə evlənib. Krishta ərinin Azərbaycani soyadını qəbul edərək, xalqımıza böyük ehtiram və məhəbbət ruhunda yetişir. 55 illik evliliyində o, həyat yoldaşı ilə birlikdə müsəlman ölkələrinə özlərinin yaratdıqları cəmiyyətlərin xətti ilə humanitar yardımlar təşkil edib.

1990-cı ildən bu günə qədər professor Ağabəy həkimin köməyi ilə Azərbaycanda 1500 xəstə əməliyyat olunub. Bir çox xəstəxanalarda və özünün qurduğu mərkəzdə, qaçqın, köçkün, yaralı olan şəhərlərdə 50 minə yaxın xəstəyə xaricdən dəvət olunmuş və yerli həkimlər baxıb müalicə ediblər. Birinci Qarabağ savaşında 300 yaralıya baxıb, onları müalicə edən doktor deyir ki, o vaxtlar ermənilər xaricdə elə yalan təbliğatlar aparırdılar ki, Azərbaycan həqiqətləri tam kölgədə qalmışdı. Onlar medianı pulla ələ alırdılar. Mənim yazdığım həqiqətlərə mediada yer verilmədi. İndi buna görə üzülmürəm. Azərbaycanda əlimdən gələni və etmək istədiklərimi qismən də olsa etdim...

Ağabəy Azərbaycani xatırlayır ki, Birinci Qarabağ müharibəsində əlil olanlara protez qoymaq üçün onları Almaniyaya aparırdıq. Sonra düşündüm ki, Azərbaycanda Bərpa Mərkəzi açsaq daha yaxşı olar. 1995-96-cı illərdə Əlillərin Protez Bərpa Mərkəzini açmaqdan ötrü 10 min dollar vəsait verdim. 1996-cı ildə ulu öndər Heydər Əliyev Bərpa Mərkəzinin açılışında iştirak etdi. İki saat oradakı texnikaya baxış keçirdi. Bu böyük şəxsiyyət açılışda nitq söylədi. Onun ürəkağrısı ilə dediyi bu sözləri indi də xatırlayıram. Heydər Əliyev dedi ki, mən gecələr rahat yata bilmirəm ki, torpaqlarımızın 20 faizi işğal altındadı. Bizim düşmənlərimiz böyük dövlətlərlə əlbirdilər. Amma vaxt gələcək biz o torpaqları azad edəcəyik. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev Almaniyadan Azərbaycana dəfələrlə humanitar yardım gətirdiyinə görə Ağabəy Azərbaycaniyə təşəkkür etmiş, ona Sertifikat vermişdir.

Ağabəy Azərbaycani: Azərbaycan Prezidenti İlham Əliyevlə də Almaniyaya səfərlərinin birində Berlində görüşdüm. Almanların və qəzet müxbirlərinin də iştirak etdiyi böyük bir auditoriya qarşısında siyasi cəhətdən yetkin, hazırlıqlı, geniş dünyagörüşə, intellektə malik Prezidentin həm də xalis centlmen kimi davranışı, ingilis dilində çox səviyyəli, səmimi çıxışı böyük rəğbətlə qarşılandı. Sonda Prezident qəzet müxbirlərinin suallarını da aydın, məntiqi və dolğun fikirlərlə cavablandırdı. Mən o görüşdə İlham Əliyevin atasının siyasətindən necə ustalıqla bəhrələndiyinin şahidi oldum. Bu gün də o görüşün məndə yaratdığı xoş duyğuları unutmamışam.

Azərbaycana bu dəfəki gəlişimdə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşən yaralı hərbçilərimizə xidmət etməyi, humanitar yardım gətirməyi özümə borc bildim. Yarım milyon civarında gətirdiyim yardımda ən çox cərrahiyyə alətləri, sarğılar, dərmanlar, yara mazları, bintlər, cərrahi tikiş sapları, əməliyyat üçün lazım olan ləvazimatlar, aspiratorlar və digər cihazlar da vardı. Bu günə qədər Azərbaycana hər gəlişimdə hər hansı xəstəliklə mənə müraciət edən xəstələrə humanitar yardım edir, onlara baxır, gətirdiyim dərmanlarla öz xərcimə müalicə edirəm. Onu da qeyd edim ki, bu dəfə gətirdiyim humanitar yardımın bölgələrə aparılmasında özüm də iştirak etdim. Ordu və Sərhəd Qoşunlarının xəstəxanasına, Füzuli, Beyləqan və digər ərazilərdə, sərhəddəki əsgərlərə dava-dərman, yemək dəstləri – bıçaq, qaşıq öz istifadələri üçün, əl fənərləri, papaq, corab dəstləri apardım. Bu yardıma əlavə olaraq özümün, həyat yoldaşımın və xaricdə yaşayan, fəqət adının çəkilməsinin istəməyən bir dostumun da yardımından ibarət 60 min manat da əlavə yardım gətirdim...

Ağabəy Azərbaycani həyat yoldaşıyla birgə qurduqları cəmiyyətlərinin vasitəsilə ölkəmizə 50 mln, digər müsəlman ölkələrinə də 50 mln, ümumilikdə 100 milyon dollarlıq yardım gətiriblər. Əmək pensiyalarını, var-yoxlarını da məqsədləri yolunda xərcləyiblər. Professorun xalqımız üçün gördüyü işlərin sayı-hesabı olmadığından, qarşımdakı sənəd-siyahılara baxıram... Uşaq evlərinə, bağçalara, məktəblərə xeyli yardım olunub, 70 min hepatit peyvənd vurdurub. Azərbaycanda indiyə qədər 720 min müxtəlif təşkilata, hökumət təşkilatlarında ehtiyacı olan insanlara (işçilərə) müxtəlif dərman və tibbi geyim paylanıb. 5293 kiloqram (1 kq-lıq) marqarin və 1 tona yaxın şəkər, un, quru dənli bitkilər, əsgərlər üçün 1361 bel çantası, 1000 cüt çəkmə, 620 cüt ayaqqabı, 1000 cüt corab, 1042 ədəd poluver, 315 ədəd yun ədyal, 4 ton üst geyimi, 3 ton müxtəlif dərman preparatları, 2000 kiloluq rentgen, film və dəmiri, xəstəxanalar üçün 2600 müxtəlif tibbi ləvazimat, 12 ədəd generator aqreqatı (hər biri 40 min vat gücündə olan generatorların 8-i Naxçıvana verilib). 120 kilo çay və 3 milyon 204 min manat maddi yardım verilib. Digər sənədlərdə də hər növ humanitar yardımın bu sadalananlar Azərbaycanın 90 min şəhər və rayonlarında paylanıb.

Bu rəqəmləri və onların məcmusunda görünən hər növ yardımları oxumaq, şüura, düşüncəyə sığışdırmaq çoxlarına çətin, qəribə görünər və bəzilərində təəccüb doğurar. İri qovluğa güclə sığan sənədlərdə təhvil verdiyi müəssisələrin arayışlarında humanitar yardımların sayı, adları, təhvil verildiyi xəstəxanaların, müəssisələrin rayonların adları göstərilib.

Professor deyir ki, dünyanın heç bir yerində evimiz yoxdur, həmişə kirayədə yaşamışıq. Evlərimizi satıb, şərəfli hədəfimiz üçün xərcləmişik. İllər boyunca dərk etmişəm ki, nə qədər dünya varına, maddiyyatına sahib olsaq da, onun bir zərrəsi də qalmayacaq. Dünyada insanın özündən sonra qalan əməlləri olur. Mənim sarayım yoxdur ki, onunla fəxr edəm, mənim sərvətim yoxdur ki, onunla dillərə düşəm... Amma mənim çox sevdiyim qonaqpərvər Azərbaycan kimi məmləkətim, dostlarım var, mən onları dünya sərvətinə əsla dəyişmərəm! Çox təsirləndim!..

Haqdan gələn aydınlığın içində, qəlbinin və əməllərinin aynasında yetərincə parlaq, işıqlı görünən, Azərbaycanın sədaqətli oğlu Ağabəy Azərbaycaninin ömürlüyündə yer almış bu yaşam mənzərəsi təqdim etmək istədiyim portretinin cizgiləridir. Bu portreti aydınladan ən mühüm və xalis rənglər professorun təbiətində doğal şəkildə zühur etmiş keyfiyyətlərdir: Sadəlik, xeyirxahlıq, qayğıkeşlik, mərhəmət, səmimiyyət... O da Tanrının lütf etdiyi bu ümdə, ülvi keyfiyyətləri ilə canlıların alisi olan insanlara xidmət etməyi həyatının mənası hesab etmişdir. İllər boyunca ömrünə əlvan naxışlar salan əməlləri mənim, elə onu tanıyan bütün insanların gördüyü ən təbii və parlaq rənglərdir...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib