CƏMİYYƏT


“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu

Bakı, 15 dekabr, AZƏRTAC 

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən başladılan payız ağacəkmə kampaniyasına “ASAN xidmət”in kollektivi də qoşulub. Belə ki, dekabrın 15-də keçirilən aksiya zamanı ETSN-in və “ASAN xidmət”in kollektivi keçmiş yod-brom zavodunun nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində 5000-ə yaxın müxtəlif cinsli ağac əkib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əkilən fidanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azəryaşlandşaft” ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.