CƏMİYYƏT


Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Şamaxı rayonunun ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkarlanıb.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Həmin əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaşköküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırıldığı faktı aşkarlanıb. Nəticədə təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Faktla bağlı xəstəxananın baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.