CƏMİYYƏT
Ağac tinglərinin paylanılması aksiyası davam edir
Bakı, 3 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirdiyi yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti aksiya aprelin 4-də Bakının Xətai rayonunda “Bakı” kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda “Sevinc” kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda “Hacı Zeynalabdin Tağıyev” parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.
Aksiyalarda, həmçinin nazirliyin mütəxəssisləri vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr verəcəklər.