CƏMİYYƏT


Ağacın dibi asfaltdan təmizlənib

Bakı, 28 oktyabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 148 ünvanında ağacın dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bunu AZƏRTAC-a xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

O deyib: “Əməkdaşlarımızın nəzarəti altında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən həmin ağacın dibi asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.