CƏMİYYƏT


Ağacın ətrafına çəkilən hasar sökülüb

Bakı, 15 sentyabr, AZƏRTAC

Göyçay şəhəri, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə tikinti işlərinin aparıldığı və şam ağacının hasarın içərisində qaldığı müəyyən edilib: “Əməkdaşlarımızın nəzarəti altında ağacın ətrafına çəkilən hasar sökülüb və ətrafdakı ağaclar qeydiyyata alınaraq nəzarətə götürülüb”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.