CƏMİYYƏT


Ağaclar necə əkilməlidir ki, bitiş faizi yüksək olsun - mütəxəssis rəyi

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-ın saytında ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə mütəmadi olaraq öz tövsiyələrini verəcək.

Ağac əkilərkən hansı qaydalara riayət olunmalıdır?

İlk növbədə, ağac əkiləcək ərazi müəyyənləşdirilməli, sahə kol-kosdan təmizlənməli və torpaq hazırlığı (şum və çala qazmaq) işləri aparılmalıdır. Ağac tingləri bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tinglərin əkilməsi üçün 40 santimetr enində və 40 santimetr dərinliyində çala qazılmalıdır. Çalanın dərinliyi az olarsa tinglərin kökləri qışda şaxtadan, yayda istidən məhv ola bilər. Əksinə, çox dərin qazılarsa, kökləri zəif inkişaf edər və ağac quruyar. Tingin ölçüsü 80-120 santimetrə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Əkildikdən sonra küləkdən qorunması üçün ting rezin iplə dirəyə bərkidilməlidir. İpi bağlayarkən ağacın qabığı zədələnməsin deyə sıxlıq nəzərə alınmalıdır.

Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.