Ağacların dibi asfaltdan təmizlənib
AzerTAg.az
Bakı, 5 mart, AZƏRTAC
Bakının Nizami rayonu, Heydər Əliyev prospekti 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları araşdırıblar.
Xidmətin rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağacların nəzərə alınmadığı və onların ətrafının tamamilə asfaltlandığı məlum olub. Ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib.
V.Cavadov qeyd edib ki, hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir.




Xəbərin mətnində orfoqrafik səhv var