CƏMİYYƏT


Ağacların dibi asfaltdan təmizlənir

Bakı, 29 iyul, AZƏRTAC

Xətai prospekti, Bakı Dəmiryol Vağzalının yaxınlığında ağacların dibinin asfaltlanması ilə bağlı daxil olan şikayət araşdırılıb və həmin ünvanda, yol kənarında xeyli sayda ağacın dibinin asfaltla örtüldüyü müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 37 saylı Mənzil Kommunal İstismar Sahəsinə məcburi göstəriş verilib.

Xidmətin əməkdaşlarının nəzarəti altında Mənzil Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən ağacların dibinin asfaltdan təmizlənməsi işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.