CƏMİYYƏT


Ağacların dibindən götürülmüş nümunələrin analizlərinin nəticələri açıqlanıb

Bakı, 7 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülmüş nümunələr üzərində apardıqları analizlərin nəticələri açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin ağacların dibində sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşib. Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl nazirliyin “Qaynar xətt”inə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olub. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimələnib. Həmin ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.