CƏMİYYƏT


Ağacların qanunsuz kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Bakı, 2 avqust, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran rayonunda və Bakı şəhərinin Binəqədi rayonunda ağacların qanunsuz kəsildiyi və təbiətə ümumilikdə 10 min 950 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, faktlarla bağlı Lənkəran rayon sakini Nazim Mirzəyev və Binəqədi rayon sakini Eldar Cəbrayılov barəsində akt tərtib olunub.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün hər iki fakt üzrə toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.