CƏMİYYƏT


Ağalı sakini: Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik

Bakı, 10 avqust, AZƏRTAC

Zəngilan rayonunda salınan “ağıllı kənd”də - Ağalıda həyat öz məcrasına düşür. 29 ildən sonra doğma kəndlərinə qayıdan keçmiş məcburi köçkünlər burada onlar üçün yaradılan şəraitdən məmnundurlar.

AZƏRTAC bildirir ki, o məmnunluq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı, Ağalı kəndinə qayıdan Mirzəyevlər ailəsinə həsr edilmiş növbəti videoçarxda da ifadə olunur.

İyulun 19-da Bakıdan ilk köç karvanı ilə daimi məskunlaşmaq üçün kəndə gəlmiş Mirzəyevlər ailəsinin üzvləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyiblər.

“Dədə-babalarımızdan bizə miras qalan bu torpaqların sahibiyik,” - deyən Minə Mirzəyeva əmindir ki, yaxın gələcəkdə Ağalı sakinləri doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəklər.

Xatırladaq ki, “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndində ilkin mərhələdə inşa edilən 200 evdən 41-i yerli sakinlərin ixtiyarına verilib. Doğma yurda qayıdış yaxın günlərdə davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.