REGİONLAR


Ağalıda Gənclər Günü qeyd edilib

Bakı, 2 fevral, AZƏRTAC

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə “Böyük Qayıdışda gənclərin iştirakı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsində gənclərin iştirakı barədə cəmiyyətin məlumatlandırılması, gənclərin “Böyük Qayıdış”da iştirakının təşviq edilməsinin vacibliyini vurğulayan çıxışçılar, həmçinin Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Şuşada həyata keçirilən könüllülük proqramlarından danışıblar.

Gənclərdən ibarət Muğan triosunun musiqi nömrələri ilə davam edən tədbirin sonunda tədbir iştirakçılarına Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Azərbaycan Menecment və İnvestisiya Korporasiyası, Böyük Qayıdış” şirkəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirdə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sarabi, Şuşa Şəhəri Qoruq İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) baş katibi Vüqar Əliyev, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti göstərən gənclər, Ağalı kəndində əmək fəaliyyəti ilə məşğul olan gənc mütəxəssislər iştirak ediblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.