REGİONLAR


Ağbulaq İstirahət Mərkəzində “Qış məktəbi”nin ilk mərhələsinə start verilib

Şahbuz, 6 fevral, AZƏRTAC

Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi”nə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Qış məktəbi”ndə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edir.

“Qış məktəbi”nin ilk günündə gənclər Ağbulaq İstirahət Mərkəzi ilə yaxından tanış olub, stolüstü idman oyunlarında iştirak edib, süni örtüklü mini-futbol meydançasında futbol oynayıblar. Günün ikinci yarısında “Vətəni tanı” intellektual oyununun ilk mərhələsi keçirilib. Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Ayla” bədii filminə baxıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin, həmçinin təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin və Həmkarlar İttifaqları Şurasının birgə keçirdiyi “Qış məktəbi” fevralın 8-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.