REGİONLAR


Ağbulaq İstirahət Mərkəzində idmançılar üçün növbəti “Yay məktəbi”

Şahbuz, 14 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının füsunkar təbiətə malik Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, Həmkarlar İttifaqları Şurası və idman federasiyaları tərəfindən təşkil edilən məktəbin budəfəki qonaqları muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları olub.

“Yay məktəbi” beşgünlük istirahət proqramına uyğun olaraq təşkil edilib.

Ağbulaq İstirahət Mərkəzində qonaqları təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İdmançılara vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da keçirilib.

Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulağ”a yürüş ediblər. Sonra idmançılar mərkəzin stadionunda minifutbol qarşılaşmasında qüvvələrini sınayıblar. Günün sonunda isə vətənpərvərlik mövzusunda mahnılar dinləyiblər.

Gənc idmançılar Aprel döyüşlərindən bəhs edən “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”, eyni zamanda, şəhid Qabil Orucəliyevə həsr olunmuş sənədli filmlərə baxıblar.

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqi kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.