CƏMİYYƏT


Ağcabədi Rayon Prokurorluğunun və Polis Şöbəsinin rəhbərliyi Avşar kəndində vətəndaşlarla görüş keçirib

Bakı, 7 may, AZƏRTAC

Ağcabədi Rayon Prokurorluğunun və Polis Şöbəsinin rəhbərliyi Avşar kəndində karantin rejimi qaydalarına uyğun olaraq vətəndaşlarla görüş keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov belə görüşlərin hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair məsələlərin öyrənilməsi və problemlərin yerində aradan qaldırılması, həmçinin polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə iştirak edən kənd sakinlərinin müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Kənd sakinlərini narahat edən bəzi problemlər yerindəcə həll olunub, digərlərinin aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilib.

Kənd sakinləri bu təşəbbüsü yüksək qiymətləndirərək, rayon ərazisində sabitliyin və əmin-amanlığın yüksək səviyyədə qorunduğunu qeyd edib, hüquq-mühafizə orqanlarının rəhbərlərinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.