REGİONLAR


Ağcabədi gəncləri “Qayınana” filmindən səhnəciklər hazırlayıblar

Ağcabədi, 14 avqust, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin gəncləri “SəhnəmİZ” layihəsi çərçivəsində Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmiş “Qayınana” filminin bəzi hissələrindən səhnəciklər hazırlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclərin təşəbbüsü ilə “SəhnəmİZ” layihəsi çərçivəsində “Bir gün səhnədə” adlı qrup yaradılıb. “Qayınana” çəkilişində qrup üzvlərindən Mirhəsən Həsənov, Fərid Quliyev, Nərmin Zeynallı, Məhəmməd Mustafayev, Rafael Quliyev, Nəzrin Zeynalova, Nur Zeynalova, Rəvan Fərzəliyev rol alıblar. Çəkilişlər Ağcabədi rayon Mədəniyyət evində həyata keçirilib.

Təqdim olunan səhnəcik nümayəndəliyin sosial media hesablarında paylaşılıb, izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.