REGİONLAR


Ağcabədi idmançıları “Əsgərə salam” aksiyasına qoşulublar

Ağcabədi, 24 fevral, AZƏRTAC

Ağcabədi Rayon Gənclər və İdman İdarəsi rayon idmançıları ilə birgə “Əsgərə salam” aksiyasına qoşulublar. Ağcabədi gəncləri Olimpiya İdman Kompleksinin önündə hərbi salam vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-dən etibarən start verdiyi aksiyada məqsəd “Könüllülər ili”ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.