REGİONLAR


Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər

Ağcabədi, 26 may, AZƏRTAC

Ağcabədi rayonunun kümçüləri bu il 700 qutu ipəkqurdu toxumu bəsləyiblər. Kümçülər bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu gündən etibarən rayonda barama tədarükünə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kümçülər tərəfindən gətirilən məhsul “AzSİLK” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb. Məhsul təhvilində Ağcabədi şəhərinin, həmçinin Boyat, Kəbirli, Aran, Gələbədin, Cəfərbəyli, Qaraxanlı, Sarıcalı kəndlərinin kümçüləri fəallıq göstərirlər.

Mövsümün ilk günündə kümçülərin yetişdirdikləri 957 kiloqram məhsul təhvil alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.