Ağcabədi məktəbində narkomaniyanın fəsadlarından bəhs olunub
AzerTAg.az
Ağcabədi, 6 may, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 nömrəli tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə narkomaniyanın fəsadlarından bəhs edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov və digər çıxış edənlər narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışılıb. Narkomaniyanın yayılmasının qarşısının alınması üçün birgə mübarizə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx göstərilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var