CƏMİYYƏT


Ağcabədi rayon sakinindən narkotik maddə və silah aşkarlanaraq götürülüb

Bakı, 14 iyun, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq rayon polis şöbəsində gətirilib. Onun avtomobilinə baxış zaman təmiz çəkisi 100 qram olan heroin və “Makarov” tipli tapança aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.