CƏMİYYƏT
Ağcabədi rayon sakinindən odlu silah aşkar edilərək götürülüb
Bakı, 16 iyul, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları cari il iyunun 13-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobildən “Makarov” markalı tapança və 100 qram heroin aşkarlanması ilə bağlı müvafiq araşdırmaları davam etdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının davam etdirdikləri tədbirlərlə Z.Hacıyevə tapançanı satmaqda şübhəli bilinən Ağcabədi sakini H.Qasımov da müəyyənləşdirilərək saxlanılıb. Ondan “Makarov” markalı daha bir tapança və 16 patron götürülüb.
H.Qasımovla bağlı aparılmış tədbirlərlə onun “Makarov” markalı tapançanı və 2 patronu satmaq üçün başqa bir şəxsə verməsi də müəyyən olunub.
Faktla əlaqədar cinayət işi başlanıb.