REGİONLAR


Ağcabədi rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər mükafatlandırılıblar

Ağcabədi, 2 fevral, AZƏRTAC

Ağcabədidə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən ümumrayon tədbirində şəhər, qəsəbə və kəndlərdən olan fəal gənclər, qazilər, hərbçilər, polislər, idmançılar, könüllülər, gənc fermer və sahibkarlar, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə çalışan gənclər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri qoyaraq, əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Bayraq Muzeyində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyevin 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə bağlı məruzəsi dinlənilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata davam etdirilməsindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi Qabil Rzayev gəncləri təbrik edərək, onlara Azərbaycan dövlətçiliyinin inkişafı və qorunması üçün Vətənə layiqli vətəndaş olmağı arzulayıb. Bir qrup Vətən müharibəsi iştirakçısını və idmançıları fəxri fərmanla təltif edib.

Vətən müharibəsi iştirakçısı Nicat Musayev, Ağcabədi Regional “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsi Çinarə Ağayeva, kikboksinq idman növü üzrə dünya birinciliyinin qalibi Sübhan Mamedov, “Aran Ağcabədi” internet televiziyasının aparıcısı Pərvin Abışova, gənc fermer Səxavət Qəhrəmanov və başqaları çıxış edərək, dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən məmnun qaldıqlarını bildirərək, gənc nəslə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə rayonun ictimai-siyasi, iqtisadi və idman həyatında fərqlənmiş bir qrup gəncə fəxri fərman və pul mükafatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.