CƏMİYYƏT


Ağcabədi rayonunda "Yüksəliş" müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ağcabədi rayonunda “Yüksəliş” müsabiqəsi ilə bağlı “Səyyar qeydiyyat” xidməti aparılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə qeydiyyat, onlayn seçim, əyani seçim, yarımfinal və finaldan ibarət olmaqla beş mərhələdə keçiriləcək. Vətəndaşlara qeydiyyat üçün hər bir texniki dəstək göstərilib. Müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və formanı (anketi) doldurmaqla qeydiyyatdan keçiblər.

Rayon icra hakimiyyətinin məsul işçiləri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri müsabiqənin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıblar.

Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı iki il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. İdarəetmə təcrübəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların idarə olunması nəzərdə tutulur.

Müsabiqənin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq. Bundan başqa, onlar idarəedici kadr heyətinin inkişafına dair proqramlara və idarəçi rəhbərlərin iştirakı ilə mentorluq proqramına qoşulmaq imkanı qazanacaqlar. Qaliblərin adları yaradılacaq kadr ehtiyatı bankına daxil ediləcək.

Qeyd edək ki, müsabiqənin qeydiyyat mərhələsi fevralın 2-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.