CƏMİYYƏT
Ağcabədi rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 13 mart, AZƏRTAC
Ağcabədi rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayət görə məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən onun yaşadığı evdən əlavə olaraq 6,1 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.