CƏMİYYƏT


Ağcabədi rayonunda tələbələrlə görüş keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında tələbələrin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov tələbələrə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib. İnsan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eyni zamanda, rayon ərazisində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri tələbələrin diqqətinə çatdırılıb.

Sonda isə iştirakçılarda maraq doğuran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.