REGİONLAR
Ağcabədi sakinləri ölkə əhalisinin sayının 10 milyona çatmasını bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər
Ağcabədi, 8 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsini sevinclə qarşılayan ağcabədililər bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda təşkil edilən ağacəkmə aksiyası zamanı 5000 ədəd həmişəyaşıl ağac əkilib. Ağcabədi şəhərinin mərkəzi meydanında Heydər Əliyev Mərkəzinin əməkdaşlarının və Ağcabədi Pedaqoji Kollecinin tələbələrinin iştirakı ilə keçirilən fləşmob sakinlər tərəfindən maraqla qarşılanıb.
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan mədəniyyət işçilərinin hazırladıqları konsert proqramı rayon sakinlərində bayram əhval-ruhiyyəsi yaradıb. Rəngarəng musiqi nömrələri və rəqslərlə davam edən konsert proqramının sonunda atəşfəşanlıq olub.