REGİONLAR
Ağcabədi taxılçıları 29 min 298,3 hektar sahədə səpin aparıblar
Ağcabədi, 5 yanvar, AZƏRTAC
Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2021-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.
Ağcabədi Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayon üzrə 29 min 298,3 hektarda taxıl səpini həyata keçirilib. Payızlıq səpinin 21 min 612,1 hektarı buğda, 7686,2 hektarı arpadır.
Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayon taxılçıları 28 min 324 hektar taxıl sahəsindən 105 min 494 ton məhsul əldə ediblər. Məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa sahələrində isə 34 sentnerdir.