CƏMİYYƏT
Ağcabədi və Beyləqanın taxıl sahələrində fitosanitar müşahidələr aparılıb
Bakı, 14 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətin Ağcabədi və Beyləqan rayonlarının ərazilərində əkilmiş 3 min 933 hektar taxıl sahəsində fitosanitar müşahidələr aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müşahidələr zamanı bəzi sahələrdə taxıl böcəyi və digər zərərvericilərin olduğu və onların xeyli əkin sahəsinə zərər vurduğu müəyyən edilib. Eyni zamanda, məlum olub ki, həmin zərərvericilərə qarşı ötən ilin dekabrında "Vaslamba preparatı” ilə 400 hektar ərazidə mübarizə aparılıb. Müşahidələr zamanı taxıl sahələrində gəmiricilərə rast gəlinməyib.
“Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarına zərərvericilər və alaq otlarına qarşı preparatlardan istifadə zamanı sanitar-gigiyenik normalara və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tövsiyələr verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]