REGİONLAR


Ağcabədidə 10 min hektardan çox sahədə pambıq becərilməsi üçün fermerlərlə müqavilə bağlanılıb

Ağcabədi, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Hazırda fermerlərlə pambıq əkini üçün müqavilələrin bağlanması davam edir.

Pambıq becəriləcək sahələr qış aylarında şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci ongünlüyündə başlanacaq.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.