REGİONLAR


Ağcabədidə 28 min 956 ton şəkər çuğunduru yığılıb

Ağcabədi, 4 yanvar, AZƏRTAC

Ötən il 884,4 hektar sahədə şəkər çuğunduru becərən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri 28 min 956 ton məhsul əldə ediblər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 327,4 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.

Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.