Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Ağcabədidə “Aqat-aqro” heyvandarlıq kompleksi fəaliyyətə başlamışdır VİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etmişdir. 

Məlumat verildi ki, “Aqat-aqro” heyvandarlıq kompleksi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Ağcabədi rayonunun Ağabəyli kəndində yaradılan kompleksin ümumi sahəsi 50 hektardır. Kompleks üç min başlıq iribuynuzlu heyvandarlıq və iki min başlıq keçi təsərrüfatından ibarətdir. Ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilmişdir. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemləri və s. ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev inəklərin sağım prosesini izlədi.

Qeyd olundu ki, kompleksə hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 1500 baş “Holstein Friesian” cinsindən olan inəklər gətirilmişdir. İndi heyvanların sayı 2600 başa çatdırılmışdır. Payız aylarında əlavə 600 baş cins damazlıq heyvanın gətirilməsi nəzərdə tutulmuşdur. Bir neçə ildən sonra heyvanların baş sayı 10 minə çatdırılacaqdır. Kompleksdə illik 22,8 min ton süd istehsalı nəzərdə tutulur ki, bu da illik emal gücü 90 min ton olan “Atena” süd emalı zavodunun xammala tələbatının təmin edilməsinə imkan verəcəkdir.

Müəssisənin hazır məhsullarına baxan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gələcəkdə “Atena” zavodu Fransanın “Danone” şirkəti ilə birgə süd məhsulları istehsal edəcəkdir. Həmin məhsulların xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Elektromobillə müəssisənin ərazisini gəzən dövlətimizin başçısına keçi təsərrüfatı barədə də məlumat verildi. Bildirildi ki, 8 ferma, sağım və yem sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilmişdir.

Hollandiyadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” cinsindən olan 1000 baş keçi alınmış və yaxın günlərdə təsərrüfata gətiriləcəkdir. İlin sonunadək əlavə 2 min baş cins damazlıq keçi də alınacaqdır. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 3-3,5 faiz və südvermə dövrü 300 gün olan bu keçilərdən gündəlik 3-4 litr süd sağılır. Tərkibinə görə ana südünə ən yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi effekti olması keçi südünün əsas üstünlüklərindən sayılır.

Qeyd edildi ki, heyvandarlıq kompleksində 95 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Keçi təsərrüfatında isə 60 nəfər daimi işçi çalışacaqdır. Təsərrüfat tam istifadəyə verildikdən sonra isə işçilərin sayının 100-dək artırılacağı nəzərdə tutulur.

Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Ağcabədi rayonu üzrə 534 sahibkara 28,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2010 yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.

Azərbaycan Prezidentinə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının əvvəlki və hazırkı vəziyyətini əks etdirən stendlər də təqdim olundu.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Təsərrüfatda dövlət investisiyaları hesabına su və enerji təminatı yaratmaq məqsədilə 10,7 kilometr Yuxarı Mil kanalı, 10 kilometr yüksəkgərginlikli elektrik xətləri çəkilmiş, ərazi boşaldılaraq sahibkara 49 il müddətinə müsabiqə yolu ilə icarəyə verilmişdir. Həyata keçirilən layihənin ümumi dəyəri 27,6 milyon manatdır. Bunun 17,6 milyon manatı sahibkarın vəsaiti, 10 milyon manat isə dövlətin güzəştli krediti təşkil edir. Təsərrüfatda ABŞ-ın “John Deere” şirkətinin müasir texnika və aqreqatları, kombaynları ilə təchiz olunan özəl “Aqroservis” yaradılmışdır və 30 min tonluq taxıl anbarının tikintisi başa çatmaq üzrədir. Layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksi və bitki yağları zavodu tikiləcəkdir. Ərazidə ABŞ-in “Lindsay” şirkətinin istehsalı olan 47 süni yağışyağdırma sistemləri - pivot quraşdırılmışdır. Bu da orta məhsuldarlığın 2 dəfə artmasına, suvarma suyuna 2-3 dəfə qənaət edilməsinə, torpağın şoranlaşması və eroziyaya uğramasının qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradır. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməklə 1875 hektarda əkilmiş buğda sahələrində biçin başa çatmış və yüksək məhsuldarlıq – hər hektardan 55 sentnerədək məhsul əldə olunmuşdur. Bundan başqa, 2000 hektar sahədə yazlıq qarğıdalı, sınaq məqsədilə isə 20 hektar günəbaxan və 5,3 hektar soya əkilmişdir. Ərazidə payızlıq səpinə hazırlıq işlərinə başlanılmışdır. Növbəti mərhələlərdə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılan 4,8 min hektar sahə əkin dövriyyəsinə cəlb ediləcəkdir. Layihənin həyata keçirilməsi nəticəsində 400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Hazırda 150-dək yerli sakin, o cümlədən ətraf ərazilərdə məskunlaşmış məcburi köçkün daimi iş yeri ilə təmin olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ağcabədidə “Aqat-aqro” heyvandarlıq kompleksi fəaliyyətə başlamışdır VİDEO

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

"Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib