REGİONLAR


Ağcabədidə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilir

Ağcabədi, 26 aprel, AZƏRTAC

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda gənclər arasında onlayn inşa-yazı müsabiqəsi keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar olunmasıdır.

İnşa yazı müsabiqəsində Ağcabədi rayon sakini olan 14-29 yaşarası hər kəs iştirak edə bilər. Aprelin 27-dən mayın 6-dək davam edəcək müsabiqədə iştirakçılar yazılarını Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsinin inboxuna (link: https://www.facebook.com/agcabedigenclerveidman/) və ya [email protected] mail ünvanına göndərə bilərlər.

Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.