REGİONLAR


Ağcabədidə “Musiqi günümüz” adlı sərgi açılıb

Ağcabədi, 10 sentyabr, AZƏRTAC

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə “Musiqi günümüz” adlı sərgi təşkil edilib.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi sentyabrın 19-dək davam edəcək.

Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.