REGİONLAR


Ağcabədidə “Nizaminin sirli xəzinəsi” adlı inşa yazı müsabiqəsi keçirilir

Ağcabədi, 6 fevral, AZƏRTAC

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi “Nizami Gəncəvi İli” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nizaminin sirli xəzinəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirir. Müsabiqənin keçirilməsində məqsəd 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası və dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının daha dərindən öyrənilməsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərində yerləşən orta məktəblərin 9-11-ci sinif şagirdləri müsabiqədə iştirak edərək, mövzu üzrə inşa yazını təqdim edə bilərlər. Müsabiqə müddətində yazıların qəbuletmə və qoşulma prosesi onlayn həyata keçiriləcək. İnşalar Mərkəzin təyin etdiyi elektron ünvana göndərilir.

Martın 10-dək davam edəcək inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.