REGİONLAR


Ağcabədidə “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib

Ağcabədi, 25 sentyabr, AZƏRTAC

Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, “Aran” qəzetinin redaktoru, AYB-nin üzvü Məhsəti Musa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Tahir Kərimli, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və digərləri çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqı üçün şərəf tarixi olduğunu, bu tarixin geniş şəkildə təbliğ edilməsinin vacibliyini bildirib və bu baxımdan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının böyük əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə kitabın redaktoru, ön sözün müəllifi Rəşad Məcid çıxış edərək, AYB-nin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə hazırlanan kitabda yer almış yazılardan söz açıb. Kövrək hisslərlə qələmə alınmış yazıların içərisində dərin Qarabağ sevgisinin, Vətən həsrətinin, eləcə də torpaqlarımızın azad olunması sevincinin əks edildiyini diqqətə çatdırıb. Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində təqdim olunan kitabın həm də böyük qələbəmizə bir töhfə olduğunu vurğulayıb.

Tədbir iştirakçıları kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildirib və Zəfərimizlə bağlı kitabların davamlı olmasını arzu ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.