CƏMİYYƏT


Ağcabədidə “Xarı bülbül” gənclərin ikinci yaradıcılıq festivalı keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı ilə Ağcabədi rayonunda “Xarı bülbül” gənclərin ikinci yaradıcılıq festivalı keçirilib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, Qarabağ Muğam Mərkəzində keçirilən festivalın məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdan ibarətdir.

Festival Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Rayon icra hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev çıxışlarında festivalın gənclərin potensialının üzə çıxarılmasında və inkişafında rolunu vurğulayıblar.

Sonra yaradıcı gənclər musiqi və rəqslər ifa edib, tamaşalar göstəriblər. Festival çərçivəsində gənclərin əl işlərinə və rəsm əsərlərinə də baxış keçirilib.

Yeniyetmə və gənclərin böyük marağına səbəb olan festivalda qonşu rayonların da istedadlı gəncləri iştirak ediblər.

Festivalın keçirilməsi üçün Ağcabədi rayonunda yaradıcılıq dərnəyi qurulub. Bu tədbirdə iştirak etmək istəyənlər həmin dərnəklərdə hazırlıq işləri həyata keçiriblər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan avadanlıq quraşdırılıb, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, təlimlər keçirilib. Dərnək qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərə bacarıqlarını inkişaf etdirməyə və özlərini cəmiyyətə tanıtmalarına imkanı yaradır.

GTM “Xarı bülbül” gənclərin yaradıcılıq festivallarını hər il keçirməyi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliğ etməyi nəzərdə tutur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.