REGİONLAR
Ağcabədidə "Milli Ordumuz qürur mənbəyimizdir" adlı sərgi təşkil edilib
Ağcabədi, 17 iyun, AZƏRTAC
26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Milli Ordumuz qürur mənbəyimizdir" adlı sərgi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Azərbaycan və xarici dillərdə nəşr olunmuş, ölkəmizdə ordu quruculuğunu, hərb tariximizi əks etdirən kitablar, dövri mətbuat materialları və Heydər Əliyev Mərkəzinin keçmiş kurs üzvlərinin müxtəlif texnikalardan hazırlanmış əl işləri nümayiş olunur. Sərgidə, həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələri, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuzun keçdiyi şərəfli döyüş yolu haqqında 50-ə yaxın sərgi nümunəsi nümayiş etdirilir.
Sərgi iyunun 28-dək davam edəcək.