CƏMİYYƏT
Ağcabədidə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına əsasən respublikamızın bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova noyabrın 19-da saat 12:00-da Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyasının binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Laçın, Beyləqan, Xocavənd, Füzuli, Ağcabədi rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Ağcabədi rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular müzakirə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]